"Antalyaspor"un hücumçusu Samuel Eto`o karyerasını Braziliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı forvardın xidmətlərində "Vasco da Gama" maraqlıdır. Klubun nümayəndələri artıq kamerunlu futbolçu ilə görüşüb. Eto`onun "Antalyaspor"la müqaviləsi mövsümün sonunda başa çatır.